Menu

Putin və Netanyahu İsrailin Suriyaya raket zərbələrini müzakirə ediblər

11.02.2018, 15:25
Putin və Netanyahu İsrailin Suriyaya raket zərbələrini müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu telefon danışığı zamanı Suriya-İsrail sərhədindəki vəziyyəti müzakirə ediblər.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat-xidmətinin məlumatında bildirilir.

“Telefon danışığı zamanı Suriya ərazisindəki hədəflərə raket zərbələri endirmiş İsrail Hərbi-Hava Qüvvələrinin hərəkətləri ilə bağlı yaranmış vəziyyət müzakirə edilib”, - deyə məlumatda bildirilir.

“Rusiya bölgədəki gərginliyin artmasına səbəb ola biləcək istənilən addımlardan çəkinməyə çağırıb”, - deyə məlumatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol