Menu

Dünyanın ən populyar krossoveri - SİYAHI

11.02.2018, 16:30

toyota2017-ci ildə dünya bazarlarında ən çox satılan krossoverlərin reytinqi tərtib edilib.

Trend xəbər verir ki, siyahıya liderliyi “Toyota RAV4” edir.

İkinci yerdə “Honda CR-V” markalı avtomobildir.

Siyahıda üçüncü pilləni “Volkswagen Tiguan” tutub.

İlk onluğa həmçinin “Hyundai Tucson”, “Haval H6”, “Nissan Qashqai”, “Nissan Rogue”, “Nissan X-Trail”, “KIA Sportage” və “Mazda CX-5” modelləri daxil olub.

Ötən il ərzində krossover tipli avtomobillər əsasən Kanada, ABŞ və ÇİN bazarlarında satılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol