Menu

«Suriyada «cəzasız zərbələr dövrü» keçdi» - İran İsraili hədələdi

12.02.2018, 00:20
«Suriyada «cəzasız zərbələr dövrü» keçdi»  - İran İsraili hədələdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şamxani Suriya-İsrail sərhədində baş vermiş insidentdən sonra, «cəzasız zərbələr dövrü»nün bitdiyini bəyan edib. Xəbəri «Tasnim» agentliyi yayıb.

«Suriya xalqı bu dəfə sübut etdi ki, ixtiyari təcavüz aktına layiqli cavab verəcək» - deyə, Şamxani bildirib.

Şura katibi növbəti dəfə qeyd edib ki, İran ordusunun nümayəndələri Suriyada yalnız müşavir qismində iştirak edirlər.

Şənbə günü İsrail hərbçiləri Qolan təpələri üzərində Suriya tərəfdən gələn İrana məxsus pilotsuz uçağı tutaraq, bunun cavabında Palmir rayonundakı pilotsuz uçaq aparatları bazasına (PUAB) zərbə endiriblər. Suriyanın hava hücumundan müdafiə qüvvələri (HHM) İsrail təyyarələrinə atəş açıblar. Qırıcılardan biri sıradan çıxıb, amma hələ də onun vurulub-vurulmadığı dəqiq bilinmir. Ekipaj, İsrail ərazisi üzərində katapult edib. Suriyanın dövlət KİV-ləri isə öz növbəsində, bəyan ediblər ki, ölkənin HHM sistemi İsrail hərbi-hava qüvvələrinin (HHQ) hücumunun qarşısını alıb.

Bundan bir qədər sonra, İsrail aviasiyası daha bir hava hücumu həyata keçirib. Hücum nəticəsində guya, Dəməşq yaxınlığında Suriya və İrana məxsus 12 hərbi obyekt, o cümlədən, HHM batareyası məhv edilib. Suriya tərəfi İsraili təcavüzdə ittiham edib.

Tehranda isə guya, İranın pilotsuz uçağının «tutulması» barədə İsrailin yaydığı xəbəri «gülünc» adlandırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol