Menu

Azərbaycan himninin aranjiman edilmiş versiyası - Video

08.07.2014, 18:21
Azərbaycan himninin aranjiman edilmiş versiyası - Video

Xəbər verdiyimiz kimi, Azərbaycanın dövlət himni bəstəkar Rauf Əliyev tərəfindən yenidən aranjiman olunub.

Bəstəkar bildirmişdi ki, himn yeni variantda Azərbaycan Dövlət Xor Kapellası və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə yazılıb.

Araşdırma zamanı bu barədə yanlış informasiyanın verildiyi üzə çıxıb.

Türkiyə mətbuatının yaydığı videoçarxdan məlum olur ki, himnin yeni versiyasını Azərbaycan Dövlət Xor Kapellası və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri deyil, London Simfonik orkestri ifa edib.

aznews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol