Menu

Yanukoviçin separatçılara göndərdiyi 5 milyon müsadirə olundu

08.07.2014, 18:24
Yanukoviçin separatçılara göndərdiyi 5 milyon müsadirə olundu

Ukrayna hüquq mühafizə orqanları Donetsk şəhərində separatçılara 5 milyon rus rublu gətirən şəxsi həbs edib.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ukrayna polisi şübhəli avtomobili saxlayaraq onun daxilində axtarışlar aparıb, nəticədə içi pulla dolu 2 çanta aşkarlanaraq müsadirə edilib.

Saxlanılan şəxs polisə ifadə verən zaman pulları Krımda bir bankdan çıxardığını və onları separatçılara verəcəyini bildirib.

Qeyd edək ki, Krım bankları vaxti ilə Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin nəzarətində olub . İndi də onun banklarla əlaqəsinin olduğu bildirilir. Yanukoviç bu banklar vasitəsi ilə Ukraynadakı separatçılara hər ay pul göndərdiyi ehtimal olunur.

Saxlanılan 5 milyon rublun da Yanukoviçin separatçılara göndərdiyi iddia olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol