Menu

Rusiya ATƏT-in təcili iclasını çağırtdırır

08.07.2014, 18:50
Rusiya ATƏT-in təcili iclasını çağırtdırır

Rusiya Ukraynadakı situasiya ilə bağlı ATƏT-in təcili iclasını çağırtdırır. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bundan əlavə, Moskva İsveçrədəki səfirliyi vasitəsilə gündəliyə layihə də təqdim edib.

Layihədə “Ukraynanın şərqində hərbi əməliyyatların dərhal dayandırılması və Ukrayna silahlı qüvvələrinin bölgədən çıxarılması” tələb olunur. Bu barədə Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Andrey Kelin açıqlama verib.

Moskva sənəddə həmçinin, mülki şəxslər üçün humanitar dəhlizin yaradılması və regionun təcili ərzaq və humanitar yardımla təmin edilməsi təklifləri ilə çıxış edib. Onun sözlərinə görə, hərbi əməliyyatların davam etdirilməsi humanitar fəlakətə gətirə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol