Andres Foq Rasmussen: “Türkiyənin cənubunda yaşanan olaylarla bağlı NATO bu ölkəni təhlükədən qoruyacaq”.
Axar.az xəbər verir ki, Rasmussen Ukrayna, Suriya və İraq böhranına qarşı hərəkətlə bağlı yeni hazırlıq planının sentyabrın 4-5-də Qallerdə baş tutacaq zirvə toplantısında müzakirəyə çıxarılacağını bildirib.
Rasmussen qeyd edib ki, zirvə toplantısında ön plana çıxarılacaq ən mühüm məsələlərdən biri də müdafiəyə ayrılacaq xərclərin artırılması ilə bağlı olacaq:
“NATO-nun 28 üzvü ölkədaxili idxalının yüzdə ikisini müdafiə xərclərinə ayırmalı olacaq. ABŞ, İngiltərə, Yunanıstan və Estoniyanın bu hissə ilə qatılacağı məlumdur. 2020-ci ilədək isə Türkiyə, Polşa, Rumıniya, Latviya və Litva bu sahədə olan öhdəliklərini artırmalıdır”.
Rasmussen sonda onu da qeyd edib ki, qarşı-qarşıya olduğumuz təhdidlər bizi müdafiə xərclərini artırmağa vadar etdi. NATO qeyri-sabitliyə qarşı bir sığorta mənbəyidir. Türkiyənin cənubunda yaşanan hadisələrə toxunan Rasmussen İraq və Suriyaya müdaxilənin qeyri-mümkünlüyünü ifadə etsə də, təhlükə yarandığı an bu ölkəni müdafiə etməyə hazır olduqlarını vurğulayıb.


Şərhlər