Menu

“Mirvari” restoranının yeməkləri də yararsız çıxdı

08.07.2014, 19:21
“Mirvari” restoranının yeməkləri də yararsız çıxdı

İqtisadiyyat və Sənaye Nazirliyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Mirvari” restoranında yoxlama aparıb.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, “Buzovna Ticarət Mərkəzi” şirkətinə məxsus “Mirvari” restoranında aparılan yoxlamalar zamanı köhnə, istifadə müddəti tamamlanmış məhsullardan yemək hazırlandığı məlum olub.

Nazirlik xəbərdarlıq edib ki, son vaxtlar mağaza, restoran və kafelərdə, eləcə də istirahət mərkəzlərində aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkarlanır. Buna görə də müştərilərə təklif edilən yeməklərin hazırlanması və ya satılan ərzaqların yararlılıq tarixi ilə maraqlanmaları tövsiyə edilir.

Qeyd edək ki, mağaza və restoranda ümumilikdə 230 kilo yararsız ərzaq aşkarlanaraq məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol