Menu

«Rusiya Suriyada bizə mane olur» - PENTAQON

12.02.2018, 19:17
«Rusiya Suriyada bizə mane olur» - PENTAQON

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon bəyan edib ki, Rusiyanın hərbi iştirakı Suriyada «İslam dövləti» terrorçu qruplaşmasına qarşı mübarizə işində Amerika Birləşmiş Ştatları (ABŞ) başda olmaqla, antiterror koalisiyasına mane olur.

ABŞ hərbçilərinin sözlərinə görə, Rusiya təyyarələri əvvəllər olduğu kimi, indi də ABŞ təyyarələrinin yaxınlığında təhlükəli manevrlər edir, Rusiya hərbçiləri isə koalisiya qüvvələrinin bilavasitə yaxınlığında fəaliyyət göstərirlər.

Pentaqonun məlumatına görə, Rusiya Suriyadakı iki bazada özünun hərbi iştirakını artırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol