Menu

Ukrayna DÇ-2018-i yayımlamaqdan imtina etdi

12.02.2018, 20:42
Ukrayna DÇ-2018-i yayımlamaqdan imtina etdi

Ukrayna Milli Teleradio Şirkəti yayda Rusiyada keçiriləcək dünya çempionatının oyunlarını yayımlamaqdan imtina edib.

Qol.az-ın yerli mətbuata istinadla yaydığı xəbərə görə, bu barədə şirkətin rəhbəri Zurab Alasaniya məlumat verib.

Belə bir qərar verməyin çətin olduğunu söyləyən Alasaniya hətta İctimai televiziyanın da oyunları göstərməyəcəyini bildirib:

“Bilirsiniz ki, bu il futbol üzrə dünya çempionatı Rusiyada keçiriləcək. Biz oyunları yayımlamaqdan imtina edirik. Ukrayna DÇ-nin yayım hüququna hələ 2013-cü ildə almışdı. Bilirik ki, bu, çoxlu milyonlar tələb edən layihədir. Çətin qərar oldu. İctimai televiziya dünya çempionatının oyunlarını göstərə bilərmi? Xeyr”.

Qeyd edək ki, son vaxtlar iki ölkə arasında baş verən siyasi gərginliklərlə bağlı Ukrayna bu cür qərar qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol