Rusiyada baş verən yanğında azərbaycanlı ailənin üzvləri yanaraq ölüb
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Orenburq şəhərində qeydə alınıb.
Bildirilir ki, hadisə dünən Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.
Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-i uşaqdır.
Yanğın zamanı daha 7 nəfər xəsarət alıb.


Şərhlər