“Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var. Bu, sevindirici haldır”.
“Report”un xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, Azərbaycanda seçkilər şəffaf keçirilir.
M.Pənahov vurğulayıb ki, ölkə Prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb: “Azərbaycanda keçirilən seçkilər digər ölkələrə nümunədir. Ölkəmizin yüksək seçki təcrübəsi var”.
Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.


Şərhlər
saqqalım ağarsın, nə qədər güldüm.
...........................................
.......HER BIR INSANA ONU YARADAN ALLAH SES VERIR.oNU OGURLAYANLAR ISE EN BOYUIK CEZAYA LAYIQDIR.....
32Tez-tez de,sonra yadından çıxar.Bu seçkini ki, sən keçirirsən,doğrudan da dünyaya bir "töhvədir".Yaxşı ki, sən varmışsan, yoxsa dünya nə edərdi?
Əgər Məzahir Pənahov və digər məmurlar yalan və ya doğru danışmağı müəyyən edən xüsusi qurğuda yoxlanılsa, tam əminliklə bildirirəm ki, onun qyeri səmimi olduğu aşkar olunacaq. ....