Menu

«Amma trusiki çıxartmağı unutma!...» - Çağdaş Rusiyada qadın leksikonu

15.02.2018, 15:59
«Amma trusiki çıxartmağı unutma!...»  - Çağdaş Rusiyada qadın leksikonu

Adının açıqlanmasını istəməyən rusiyalı müəlifin yazısı diqqətimi çəkdi. O, yazır:

Dünən mobil telefonumun balansına pul qoymaq məqsədilə, bank şöbəsinə girdim. Arakəsmənin arxasındakı qəşəng qız kiminləsə telefonla «mırt vururdu». Məni görüb də o, söhbəti tezliklə yekunlaşdırmağa çalışır, amma təxminən, belə alınır:

- Yaxşı, Kat, mənim müştərim var. Sonra isə belə: Qonaqlar gələndə, trusiki çıxartmağı unutma...

Və... sıxıcı bir sükut. Mən, düz onun gözlərinin içinə baxıram. Qız nəzərlərini çəkmir, ancaq bir saniyə sonra çöhrəsi qıpqırmızı olur. Kifayət qədər pauzaya tab gətirəndən sonra, sakit və dürüst səslə izah etməyə başlayır: Rəfiqəmlə birlikdə yaşayırıq. Bu gün onun ad günüdür, qonaqlar gələcək. Biz, alt paltarlarımızı mətbəxdə quruduruq. Rəfiqəm sadəcə, onları mətbəxdən çıxartmağı unuda bilər...

İndi isə eşidirəm, sizə nə qulluq edə bilərəm?

Çevirdi: Mirzə AĞ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol