Menu

Suriyanın paytaxtı atəşə tutulub, xəsarət alanlar var

16.02.2018, 00:41
Suriyanın paytaxtı atəşə tutulub, xəsarət alanlar var

Suriyanın paytaxtı Dəməşq şəhərinin yaşayış məntəqəsi silahlılar tərəfindən atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə "RT" Suriyada Düşmənçilik edən Tərəflərin Barışdırılması Mərkəzinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, silahlılar Şərqi Quta ərazisinə 10 mərmi atıblar. Atəş nəticəsində 7 dinc sakin yaralanıb.

Sutka ərzində 8 atəş faktı qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol