Taleh Şahsuvarlı
Lap çoxdanın söhbətidir. 1990-cı illərin. Rusiyada nəşr olunan populyar qəzetlərin birində bir müsahibə dərc olunmuşdu. Müsahibənin girişində jurnalistin istifadə etdiyi diktafonun markasından - “Sony”-dən danışılırdı. Bu məqamın yazıya salınması bir fənd idi. Müsahibin maraq dairəsini, ən əsası səmimiyyət və dürüstlüyünü açıqlayırdı.
Bu günlərdə haqqında dəfələrlə yazı qələmə alaraq iç üzünü cəmiyyətə faktlarla dönə-dönə təqdim etdiyim Aslan İsmayılov bir video müraciət yaymışdı. Videonun titrində onun “vəkil” olduğu yazılırdı. Halbuki Azərbaycanda belə bir vəkil yoxdur, Vəkillər Kollegiyasının üzvlüyündən çoxdan qovulub. Ən yaxşı halda özünü “qovulmuş vəkil” kimi təqdim etməli olduğu halda özünü saxta sosial statusla təqdim etməsi onun müraciətinin səmimiyyət və dürüstlüyünü də bəribaşdan şübhə altına alır. “Sony” söhbətini buna görə xatırladım. Sözün açığı, bu detal üzə çıxandan sonra vaxtımı daha önəmli adamlara, daha vacib işlərə sərf edə bilərdim. Amma səbrimi basıb videonu izlədim.
Məlum oldu ki, Səbail rayon məhkəməsinin çıxardığı qətnaməyə əsasən məhkəmə icraçıları Aslan İsmayılovdan iş adamı Mürvət Həsənlidən üzr istəməsini, haqqında söylədiyi böhtan və təhqirlərlə bağlı təkzib yayınlamasını və nəhayət, dəymiş mənəvi zərərə görə çox da böyük olmayan məbləğdə təzminat ödəməsini tələb edir. Əgər qətnamə icraya yönəlibsə, deməli, məhkəmə çəkişməsi müxtəlif instansiyalarda uzun müddət davam edib, Aslan İsmayılov isə hər dəfə məğlub olub. İndi virtual məkanda yetənə yetib, yetməyənə də daş-kəltən qolazlayan, müştəbeh bir şəkildə özündən “yerli” Alaksey Navalnıy düzəltməyə çalışan İsmayılov iş adamından üzr istəməli, bunun üçün dadlı-duzlu ərizə yazaraq Musavat.com saytında yayınlamalıdır.
Lap elə bu yaxınlarda onun Hafiz Hacıyevlə də məhkəmə çəkişməsi olmuşdu. Hafiz Hacıyev şou düzəltmək qabiliyyəti güclü olan bir partiya sədridir, məlum. Amma həmin məhkəmə prosesi ətrafında yaratdığı şou onu təsdiq etdi ki, Müasir Müsavat Partiyası sədrinin eləcə adı bədnammış, Aslan İsmayılov bütün parametrlər üzrə Hafiz Hacıyevin mən deyim beş, siz deyin beş yüz mislidir. Gah dedi məni tutacaqlar, gah söylədi məni iclasda döyəcəklər, gah minnət qoydu ki, heç kimin müdafiəsinə ehtiyacım yoxdur, gah da səhifəsinin bütün izləyicilərini məhkəmənin qabağına çağırdı. Həm də təkcə özü çağırmadı, müxalifət düşərgəsinin guya nüfuzlu fəalları da xalqı Səbail məhkəməsi önündə etiraz piketinə səslədilər. Cəbhəçilər, müsavatçılar, “Real”çılar atışıb Aslan İsmayılova bir süni piket təşkil etdilər, axırda məlum oldu ki, onun sırf öz çağırışına məhəl qoyanların sayı yenə də üç-beş nəfəri keçmir.
Həmin piketdə mənim adımı xüsusi hövllə çəkmişdi. Başa düşürəm. Bir zamanlar məzmununda heç bir təhqir və böhtan elementi olmadığı yazıma görə məni məhkəmə ilə hədələyirdi, elə bilirdi ki, onun “xox”undan çəkinib haqqında susacam. Bəlkə də səbirsizliklə gözləyir ki, hansısa məqaləmdə bir səhv buraxım, bu da ondan yapışıb barəmdə iddia qaldırsın. Amma Aslan İsmayılovu təhqir etməyə, ona böhtan atmağa lüzum yoxdur ki?! Öz əməllərini və açıqlamalarını qoyursan qabağına, qaynaqları, istinadları da yerində, adamın cəsarəti çatmır çıxıb deyə ki, bəli, bu sözləri mən söyləmişəm, bu açıqlamalar mənim haqqımda verilib, bu ömrü mən yaşamışam! Bu adamın öz ömür yolunu müdafiə eləməyə təpəri çatmır, gözə kül üfürməklə deyil axı... Quyruğu bir balaca qapı arasında sıxışan kimi də başlayır ki, mən Sumqayıt hadisələri barədə kitab yazmışam. Lap əcəb eləmisiz, bəs niyə dövlət ittihamçısı olaraq etdiyiniz çıxış həmin kitabda yoxdur? Niyə dəfələrlə opponentlər tərəfindən təklif edildiyi halda, həmin çıxışı yayınlamaqdan qorxursunuz?
Həyatım boyu məni qaralamaq, əzmək, sındırmaq istəyən adamlar az olmayıb. Məni şəxsən tanımadığı, mənim də ilk dəfə rastlaşdığım halda üzümə “Taleh Şahsuvarlı ilə bir zamanlar dostluq etdiyini” söyləyərək mənə məndən qeybət edən adamlar görmüşəm, inanın! Çevrəmi böyütmək kimi bir dərdim, statuslarıma “like” yağsın deyə bir arzum yoxdur. Fəqət insana verdiyim dəyərdə yanılmaqdan həmişə narahat olmuşam. Aslan İsmayılovla da heç zaman xüsusi münasibətim olmayıb, nə yaxşıya, nə pisə. Ancaq bir siyasətçi kimi təqdir etdiyim, bir insan kimi isə özümə dost, böyük qardaş sandığım Qüdrət Həsənquliyevə təhqiramiz formada hücuma keçəndən sonra onu siyahımdan birdəfəlik sildim, düşüncələrimi özünə də yazdım. Düz etmişəm, əcəb eləmişəm! O zamandan görürdüm ki, Aslan İsmayılov bu minvalla, nüfuzlu insanlara şər və böhtan yağdırmaqla, virtual addiksiyanın təsiri ilə içində gizlənən “super mən”in əsirinə çevrilərək uzağa getməyəcək. Qırx illik həyatım boyu məni qaralamaq, əzmək, sındırmaq istəyən adamların hamısının aqibətini belə görmüşəm. Bəli, “40” şərq folklorunda mistik, Aslan İsmayılov kimilərinin həyat yolunu dəyərləndirə bilmək üçün ibrətamiz rəqəmdir.

Rusiyanın əyalətdə yerləşən autsayder ali məktəblərinin birindən “hüquqşünas” diplomu əldə etmiş keçmiş tornaçı öz video-müraciətində iş adamı Mürvət Həsənli haqqında məhkəmə çəkişməsinə səbəb olmuş sözlərini dəyişə-dəyişə bəyan edir ki, məhkəmənin qərarını yerinə yetirməyəcək. Bu bəyanat artıq ciddi hüquqi məsuliyyət yaradır, özü bilər. İstəyir üzrxahlıq etsin, istəyir etməsin. Onun böhtançılığı məhkəmə qərarı ilə təsdiq olunub. Sadəcə bunun da bilinməsi vacibdir ki, məhkəmələr Azərbaycan Respublikasının adından qərar çıxarır və Azərbaycan Respublikası bir dövlət olaraq öz qərarlarını hüququn cızığından vətəndaşlarına yerinə yetizdirəcək, əks halda qanunların digər tələblərini tətbiq edəcək qədər həm güclü, həm də prinsipial dövlətdir. Məsələni ayrı yerə çəkməyə də kimsə müvəffəq olacaq deyil. Mürvət Həsənli yüksək ranqlı dövlət məmuru, nazir, deputat deyil, onun hər hansı formada hər hansı məhkəməyə, həm də müxtəlif instansiyalarda təsir göstərmək imkanı yoxdur. Azərbaycanda fəaliyyət göstərən minlərlə iş adamından biridir. Məhkəmə qətnaməsində də əks olunduğu kimi, Aslan İsmayılov onun haqqında hədyanlar yağdırıb, şərəfini hədəfə alıb, işgüzar nüfuzunu zərbə altına qoyub, indi də üzr istəməli, etirafda bulunmalıdır.
Söz və ifadə azadlığı ilə şərəf və ləyaqət anlayışı arasında qırmızı bir cizgi var. O cizgini keçən Aslan İsmayılov keçməyən Elçin Mirzəbəyli, Əli Həziquliyev kimi tanınmış jurnalistlərə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Yəni onları həbs etdirmək istəyirdi. Həmin məhkəmələr bu gün də davam edir. Hafiz Hacıyev Aslan İsmayılov haqqında xüsusi ittiham qaydasında iddia qaldıranda bu, hakimiyyətin azad sözə təzyiqi olur da, Aslan İsmayılovun iki təcrübəli qələm sahibini eyni qaydada məhkəməyə verməsi ifadə azadlığının təntənəsimi olur? Bu nə riyakarlıqdır belə? Əsl demokratik düşüncə örnəyini Mürvət Həsənli nümayiş etdirdi, onun həbs edilməsini nazirdən birbaşa xahiş etdiyini öz dili ilə söyləyən birini - Aslan İsmayılovu öz səbri və iradəsi ilə illərlə davam edən prosesin sonunda Mülki Məcəllə əsasında məğlub etdi. Nəticədə Azərbaycanın Navalnısının valı qırıldı, indi o, eyni cümlələri təkrarlayır.

Şərhlər
Aslan kimi ol hele.Eline veribler ruckani....deyibler yaz.
NECHE KILOO,KÜREEN ORDAN UCHASTKOVUNUN PAYINDAN 2 KILO GETIR VER BURNUNDAN GELSIN,BIR AZDA ASLAN MÜELLIMI TERIFLESIN.
Aslan İsmayılov kimi şəxsiyyətlərə cəmiyətin həmişə ehtiyacı olub və olacaq....
AY redaktor və bu yazının müəllifi. Mülki Məcəllə üzrə məhkəmə proseslərinə düçar olmuş hər-bir vətəndaş bilir ki, Azərbaycan məhkəmələri vətəndaşlara pulla istənilən sifarişli qərarını satırlar. Bunu isə DAHİ HÜQUQŞÜNAS ASLAN İSMAYILOVUN məğlubiyyəti yox zavallı Azərbaycan xalqının bəlası kimi qiymətləndirilməlidir.
DƏYİŞİB DÖVRİ ZAMAN HAMI GÜMANDAN DANIŞIR
NADAN RÜŞVƏTXANADAN KAFİR İMANDAN DANIŞIR..
DÜNAN ACINDAN ÖLƏN BU GÜN KƏLANDAN DANIŞIR..
Her kes Aslan muellimin kim olduqunu yaxsi bilir.
sen yene geldin bu urek bulandiran,konul kusturen aksentinle...
AZPOLİTİKANİN MOVQEYİNDƏN MƏN DƏ KİFAYƏT QƏDƏR MƏMUN DEYİLƏM. AMMA GUNAHKAR EDƏNLƏR BİR FİKİRLƏŞMİRLƏRMİ Kİ, ASLAN HAQQİNDA SOYLƏDİKLƏRİNİZ BİR COX HƏQİQƏTİ YAXŞİ MƏNADA ƏKS ETDİRMƏYƏN FİKİRLƏRİNİZİ DƏ MƏHS ELƏ BƏYƏNMƏDİYİMİZ BU SAYT VERİR. VERMİR GUNAHKAR EDİRİK, VERİR DEYİRİK NİYƏ? QƏRİBƏ MİLLƏT DƏYİLİKMİ? O Kİ QALDİ ASLANİN VƏKİLLİYİNƏ İNSAN VƏZİFƏSİNDƏN ASLİ OLMAYARAQ, OZUNU DƏRK ETMƏLİDİR. ƏFSUSLAR OLSUN Kİ BU KİMİ KEYFİYƏT ASLANDA YOXDU.BİLİRSİZ NİYƏ? O HƏLƏ DƏ PROKUROR KİMİ DANİŞİR. VƏKİL BAŞQADİ.
Elə başlığı oxuyan kimi sifarişli olduğu görünür. Oxucular sizə bir belə iradlar bildirir yenə də bildiyinizi babanıza vermirsiniz. Bir sizdə tərəfdarlarınıza (əgər o da varsa) müraciət edib bir tədbirə çağırın görün sizi neçə nəfər dəstəkləyir və baxıb bərəkallah deyək. Müxbir deyilən kəs sərbəst və obyektiv olmalıdır sifarişli, qərəzli mövqe tutdusa apar qaytar.
A bey,boyuk Mozambik siyasetcisi Navalninin bir aforizmi var,o bey deyir ki, deve qocalanda buynuzuna kepenek qonar.
Neçə zamandır bu jurnalistin silsilə qaralamarini oxuyanda fikirləşirdim ki,gorəsən bu "ilana hansı kərtənkələ" "zəhər verib".Bu yazıdan sonra bildim: sən demə Qüdrətin dostu imiş! Aydındır qağa "Qüdrət məktəbi" universitetdir, "Hafiz məktəbi" isə akademiya! P.s.Moderstora: bəzən kommentlərimə "əl gəzdirən"də incimirəm,Sizləri başa düşürəm. Amma bunu dəyişməyin,xahiş edirəm.
Sizin cesaretiniz vardırsa Aslan İsmayılovun qaldırdığı problemlerin heç olmasa birini qaldırın. Eger Cesaretiniz yoxdursa o, zaman oturun yerinizde ve xalqı özünüze güldürmeyin.
Hər halda Aslan İsmayılov vəkil kimi tanınıb.Amma, indi rəsmi hüqüqu ləğv edilibsə də, titir kimi vəkil Aslan İsmayılov yazmağını şişirtməyə dəyməz.
Yene geldi qiw aylari,
мороз GUNEWE agil oyredir,
Ayibina kor olmaqdansa,
Sahibine kolelik edir.
Taleh müəllimin yaszısı yadıma bir əhvalat saldı.Tələbəlik illərində yataqxanaların birində tərbiyəçi işləyirdim.Xəbər verdilər ki,otaqların birinə qadın gətiriblər.Otağa daxil olanda gördük ki,qadın "sevgilisi " ilə oturub,digər tərəfdə isə cavan bir oğlan gitara çalır.Soruşdum ki,bu nə hoqqabazlıqdır?Qadını gətirən adam dedi ki,maqnitafon almağa pulum yoxdur,köhnə bir gitaradır,vermişəm əmim oğluna,o da çalıb bizi şənləndirir..Deyirəm ki,Allah bizi ...
Aslan vəkillər kollegiyasından cixarılsa da cixarilmasada bir iki vəkildən biridir
Şahsuvarlı Aslan müəllim haqqında yazı yazdıqda hər dəfə ...
Yaxşıki A.İsmayılov vardır, yoxsa Azpolitika kimdən yazacaqdı (belənçiginə zakaznoy yazıları)
Adını ASLAN qoyanda bilməliydin ki,SİZİ bu ğünlər ğözləyə bilər.Döz ASLAN qacmaq olmaz.Partiya yaradanların sıralarında ancaq öz ailəsi olanlar coxdur. Onların rayonlarda hec təşkilatı yoxdur. Mənim əqrəbamın sayı onların partiya üzvüləinin sayından on dəfə coxdur.