Menu

Rusiyada atom elektrik stansiyasında transformator yanıb

18.02.2018, 14:43
Rusiyada atom elektrik stansiyasında transformator yanıb

Bu gün Rusiyada atom elektrik stansiyasında transformator yanıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadla verdiyi məlumata görə, Kursk AES-də transformatorda baş verən yanğın artıq söndürülüb.

Rusiya Enerji Nazirliyi radiasiya təhlükəsinin və xəsarət alanların olmadığın açıqlayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, bu gün yerli vaxtla saat 06.53 radələrində transformatorda baş verən yanğınla əlaqədar 4 saylı enerji blokunun fəaliyyəti dayandırılıb. AES-in gücü 1 min MVt enib. Kursk AES-də təmir-bərpa işləri aparılır.

Yanğın baş verən transformator enerji blokunun binasından kənarda yerləşib. Transformator istisna ilə, enerji blokunun bütün avadanlıqları işlək vəziyyətdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol