Menu

Milli Məclisin deputatları Almaniyaya gedir

19.02.2018, 11:48
Milli Məclisin deputatları Almaniyaya gedir

Fevralın 22-də Almaniya Bundestaqında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş simpozium keçiriləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, tədbirdə parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev iştirak edəcəklər.

Simpozium ölkəmizin Almaniyadaki səfirliyi, Azərbaycan-Almaniya forumu və Almaniya Atlantik Cəmiyyəti tərəfindən təşkil olunub. Toplantıda Xocalı soyqırımı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər geniş ictimaiyyətə çatdırılacaq.

Millət vəkilləri Almaniya Bundestaqında və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər.

Səfər fevralın 25-də başa çatacaq.

Şərhlər

çina 2018-02-19 11:48:00

biraz ikradan zaddan aparın özünüzlə.gələndə alman sabunu gətirin....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol