Anar Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib
Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Sfera.az-ın məlumatına görə, buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman Anar Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib.
Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub.


Şərhlər
İşden qovulmaq meselenin hellidirmi?
Çox sağ olsun cənab general-polkovnik Ramil Usubov . Düzgün qərar qəbul edib. Mən qeyd etmək istəyirəm ki, ötən ilin əvvəllərində Bakı şəhəri YPX-nin əməkdaşı baş leytenant Rahib Əliyev idarə etdiyim avtomobili saxlayıb mənə törətdiyini inzibati xətaya görə cərimə tətbiq etmişdir. Mənə təsir edən məqam isə onun məni əvvəlcədən tanıyacaq "nə oldu kqb-şnik " indi SƏNƏ protokol yazacam. Mən AZƏRBAYCAN RESPUBLİKASINA sədaqətlə xidmət etmişəm və həmin Rahib Əliyev mənə ..... GÜYA mən ona DTX-nin vəsiqəsini təqdim etdiyimi və barəmdə DİN RƏHBƏRINƏ RAPORT YAZACAĞINI BİDİRDİ. CƏNAB NAZİR MƏN 2 İLDƏN ARTIQ BİR MÜDDƏTDİR XİDMƏTDƏN EHTİYYATA BURAXILMIŞAM. ÇOX XAHİŞ EDİRƏM Kİ, Cənab nazirdən RAHİB ƏLİYEVIN MƏNİMLƏ ƏDAVƏT Aparmasının səbəblərini araşdırmaq məqsədilə müvafiq tapşırıq verəsiniz.
Nüşrəvan məllimin DYP-rinin əməllərindən Cənab Usubovun xəbəri yoxdur.Demək olar ki,heç bir qanun-qayda gözlənilmədən çox ``sürətli alverə`` girişiblər.Ən çoxu da YPX işçiləri polisdən qovulmuş ``ayıq sürücülərlə`` əlbir olub,əməkdaşlıq edib sürücüləri bezdirirlər.