Menu

MSK daha bir nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib

19.02.2018, 16:54

trend_msk_bina_mainMərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, iddiaçı ilə bağlı MSK Katibi Arifə Muxtarova məlumat verib. O, R.Bəkirovla bağlı məlumatları diqqətə çatdırıb.

A.Muxtarova deyib ki, R.Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün əsaslar var.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da namizədliklərinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol