Menu

Azərbaycanda narkotika plantasiyası - Fotolar

09.07.2014, 14:10
Azərbaycanda narkotika plantasiyası - Fotolar

Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik maddə plantasiyası aşkar ediblər.

“Qafqazinfo” ya daxil olan məlumata görə, Samur-Abşeron su kanalının rayon ərazisindən keçən hissəsində çətənə kollarının əkilib becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ümumi sahəsi 156 kvadrat metr olan ərazidə narkotik maddələrin əkilib becərildiyi müəyyən olunub. Çəkisi 106 kiloqram olan 950 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Narkotik maddələri əkib becərən 2 nəfər – Siyəzən rayon sakinləri, 37 yaşlı Həsənağa Bünyadov və 47 yaşlı Ələddin Ələkbərov tutulublar. Saxlanılan şəxslər ilkin ifadələrində bildiriblər ki, çətənə kollarının bir neçə ay əvvəl əkərək xüsusi aqrotexniki qaydalara uyğun becəriblər. Onlar çətənə kollarını yaxın günlərdə yığaraq qurudub satmaq istəsələr də buna nail ola bilməyiblər. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol