İyulun 9-da Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviçin doğum günüdür. “Media forum” saytı xəbər verir ki, hazırda Rusiyanın Soçi şəhərində yaşayan Yanukoviç 64 yaşını ailəsi ilə dəbdəbəsiz qeyd edir.
İyulun 10-da Yanukoviçin böyük oğlu Aleksandrın 41 yaşı tamam olur. Yanukoviç ailəsi son illər hər iki ad gününü Krımda yerləşən “Zarya” bağ evində qeyd edirmiş.
2014-cü il fevralın 22-də parlament Yanukoviçi prezident postundan uzaqlaşdırıb və o, ölkədən qaçaraq Rusiyaya sığınıb.
Yanukoviç 1950-ci ildə anadan olub. Donetsk Politexnik İnstitutunu və Ukrayna Xarici Ticarət Akademiyasını bitirib. 1997-2002-ci illərdə Donetsk Vilayəti Dövlət Administrasiyasının sədri olub. 2002-ci ildə Ukraynanın baş naziri təyin edilib. 2003-cü ildən Regionlar Partiyasının sədri olub, iki dəfə baş nazir postunu tutub. 2010-cu ilin fevral ayında prezident seçilib.


Şərhlər