Menu

Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

20.02.2018, 17:46
Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

Özbəkistan Prezidenti Şavkat Mirziyayev Azərbaycana rəsmi səfər edə bilər.

Trend-in məlumatına görə, bunu Özbəkistan-Azərbaycan biznes forumu zamanı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib.

Səfir qeyd edib ki, səfərin dəqiq tarixi məlum olmasa da, səfər may ayının sonunda gözlənilir.

O əlavə edib ki, səfər zamanı neft-qaz, kənd təsərrüfatı, sənaye, qida sənayesi, tikinti materialları sənayesi kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eləcə də iki ölkə arasında birbaşa aviareyslərin tezliyinin artırılması məsələsi həll oluna bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol