İyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələri cəbhə bölgəsində irimiqyaslı təlimlər keçirir. Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəlini təlimlərə çağırıb.
“Media forum” saytına açıqlama verən hərbi məsələlər üzrə ekspert Cəsur Sümərinli deyib ki, Azərbaycanda ehtiyat qüvvələrin təlimə çağırılması prosesi NATO standartlarına uyğun deyil: “Burada xüsusi olaraq dövlətin öhdəlikləri gözə dəymir. Yəni təlimə çağırılanların ailələrinin sosial rifahı, iş itirmək təhlükəsinin qarşısının alınması kimi məsələlər diqqətdən kənarda qalıb. Prosesin özünün qapalı aparılması, mediaya informasiyanın xəsisliklə verilməsi də ciddi şübhələr yaradır.
Ən pisi isə vətəndaşlara beş-üç gün qabaqcadan zəng edib təlimə gəlmək əmrinin verilməsidir. Bu, dövlətin vətəndaşların şəxsi həyatına müdaxiləsindən başqa bir şey deyil. Məncə, vətəndaşlara təlim barədə ən azı 6 ay əvvəl məlumat verilməlidir”.


Şərhlər