Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra YPG kürd silahlı dəstələri Afrindən geri çəkilib.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə artilleriya qüvvələrinin zərbələrinə tuş gələn kürd silahlı dəstələri Afrinin 10 kilometrliyində dayandırılıb.
Bundan əvvəl bəzi KİV-lər Suriya ordusu və YPG arasında əldə olunmuş sövdələşməyə əsasən, hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi.


Şərhlər