Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bavariya” öz meydanında “Beşiktaş”la üz-üzə gəlib.
"AzPolitika"nın məlumatına görə, Almaniyada "Allianz Arena"da baş tutan görüş, meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə tamamlanıb.
Alman təmsilçisinə böyük hesablı qələbə qazandıran qolları 43 və 66-cı dəqiqələrdə Müller, 79 və 88-ci dəqiqələrdə Levandovski və 53-cü dəqiqədə Koman vurub.
"Beşiktaş"ın müdafiəçisi Vida 16-cı dəqiqədə qırmızı kartla cəzalandırılıb.
Digər qarşılaşmada "Çelsi" doğma meydanda "Barselona" ilə qarşılaşıb. Oyun 1-1 nəticələnib.
"Bavariya" - "Beşiktaş" qarşılaşmanın videosunu təqdim edirik:


Şərhlər