Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib.
"AzPolitika"nın məlumatına görə, bu barədə Gununsesi.info-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumatda qeyd olunur ki, Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar olub.
Belə ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlıdır.

Şərhlər
Güya bu adam işsiz buraxılacaq?Onu digər şəhərgöndərəcəklər..Bu praktika uzun illərdir davam edir.Doğrudurmu?
YOL VERDİYİ QANUN POZUNTULARİNA GORƏ VƏZİFƏSİNDƏN AZAD OLAN DYP RƏİSİNİ ƏVƏZLƏYƏCƏK BİRİSİ, ONDAN ƏN 10 DƏFƏ ARTİQ QANUNSUZLUQLAR TORƏDƏCƏK.BU AZƏRBAYCANİN ƏSL REALLİĞİDİR. HEC BİR YENİ TƏYİNATDA, İSDƏNİLƏN SAHƏYƏ NƏ DOVLƏT,MİLLƏT, NƏ DƏ BACARİQLİ,ƏDALƏTLİ, İŞİNİN OHDƏSİNDƏN GƏLƏN QANACAQLİ KADR TƏYİNATİNİN ŞAHİDİ OLMURSAN.ABŞERON RAYON SAKİNİ RASİM CAVADOVUN MULKİYYƏTİNDƏKİ OBYEKTİN HUQUQ MUHAFİZƏ ORQANLARİNİN İŞTİRAKİLƏ İHB 2013-CU İLİN ƏSASİZ SƏRƏNCAMİLƏ QANUNSUZ DAXİDİLARAQ, TALANMASİ BUNA MİSALDİR.
SÖKÜR GƏNCƏNİ ..
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları qədər intizamsızlıq edib vətəndaşlara,sürücülərə ``torba`` tikən sahə heç bir yerdə ola bilməz.Gün ərzində beş qayda pozan saxlanırsa,onlarla bərabər 500 sürücü şərlənir.YPX əməkdaşları cərimə meydança nəzarətçiləri və ``ayıq sürücülərlə`` əməkdaşlıq edib iyrənc qazanc əldə etməklə məşğuldular.