Menu

ABŞ-ın Azərbaycana göndərəcəyi yeni səfir kimdir? - Tanıtma

09.07.2014, 16:49
ABŞ-ın Azərbaycana göndərəcəyi yeni səfir kimdir? - Tanıtma

İyulun 8-də Ağ Ev elan edib ki, Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Cekutanın namizədliyini irəli sürmək niyyətindədir. Cekuta-nın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır.

Bəs Robert Cekuta kimdir?

O, hazırda ABŞ Dövlət Katibinin enerji məsələləri üzrə müavinin böyük köməkçisidir, həmçinin şəffaflıq və enerji təminatı məsələlərinə nəzarət edir. Cekuta bundan az əvvəl Dövlət Katibinin Enerji, Sanksiyalar və Ticarət məsələləri üzrə müavinin yardımçısı olub. 30 ildən çox diplomatik təcrübəsi olan Cekuta əsasən iqtisadi məsələlərlə məşğul olub. O, 2003-2007-ci illərdə Berlində, 2007-2009-cu illərdə isə Tokyoda iqtisadi məsələlərlə məşğul olub.

Almaniyada olarkən İqtisadiyyat nazirinin müaviri kimi çalışıb, həmçinin terrorçuluq və beynəlxalq cinayətkarlıqla mübarizə problemləri üzərində işləyib. Robert Cekuta həm də ABŞ Dövlət Departamentində İqtisadiyyat və Biznes məsələləri bürosunda böyük məsləhtçi, ABŞ-ın Kabuldakı səfirliyinin əlaqələndirici direktorunun müavini vəzifələrində çalışıb.

Cekuta Dövlət Departamentində İqtisadi Siyasət Təhlilləri və İctimai Diplomatiya bölməsinin direktoru, İraqın İqtisadi İnkişaf qrupu və Biotexnologiyalar üzrə xüsusi vasitəçi olub. Robert Cekuta Corctaun Universitetini bitirib, milli təhlükəsizlik strategiyaları üzrə magistr elmi dərəcəsi var.

Alman, Alban və ərəb dillərini bilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol