Menu

Goranboyda iş icraçısı Suvarma Sistemləri İdarəsinin rəisi tərəfindən döyülüb

22.02.2018, 00:37
Goranboyda iş icraçısı Suvarma Sistemləri İdarəsinin rəisi tərəfindən döyülüb

Goranboy rayonunda iş icraçısı döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol