Menu

Səhiyyə naziri ana ölümlərindən danışdı

09.07.2014, 19:03
Səhiyyə naziri ana ölümlərindən danışdı

“Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması bizi üçün vacib məsələdir. Son illər bu sahədə böyük işlər görülüb. Amma istədiyimiz nəticəni birdən-birə əldə etmək çətindir”. Bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Onun sözlərinə görə, bu ilin 5 ayı ərzində ölkədə 63 minə qədər doğuş olub. Ana ölümlərinin də baş verdiyini deyən nazir qeyd edib ki, hər bir belə hadisə bizim üçün faciədir. “Hər konkret halın səbəbləri araşdırılır, ana ölümlərinin tamamilə qarşısının alınması üçün müvafiq tədbirlər görülür”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol