Menu

Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır

23.02.2018, 13:14
Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır

“Ermənistan məktəblərində Xocalı soyqırımı, Ermənistanın Azərbaycanı işğal faktı və Azərbaycanda millətlərin birgə yaşayışı ilə bağlı yanlış təbliğatlar aparılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bununla bağlı araşdırma aparıb və faktlar tapıb.

Spiker Oqtay Əsədov ondan faktları təqdim etməsini xahiş edib: “Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə işlərə başlamışıq, bu faktlar bizə lazım olacaq”.

O. Əsədov əlavə edib ki, Avropa parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol