Menu

Azərbaycanda yeni medal təsis edilib

23.02.2018, 14:38
Azərbaycanda yeni medal təsis edilib

"Azərbaycan avtomobil yolları 100 il (1918-2018)" medalı təsis olunub.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzairəyə çıxarılıb.

Dəyişikliyə əsasən, "Azərbaycan avtomobil yolları 100 il (1918-2018)" medalı təsis edilib.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol