Menu

Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var

24.02.2018, 19:07
Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var

Bakı-Quba yolunda ağır qəza olub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Abşeron rayonundan keçən hissəsində baş verib.

"Ford" markalı sərnişin avtobusu ilə "Mercedes" toqquşub. Nəticədə minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol