Daxili İşlər Nazirliyi (DİN) Naftalanda baş verən səs-küylü hadisəyə münasibət bildirib.
"AzPolitika.info" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, fevralın 23-də "Xəzər" telekanalında yayımlanan "Səni axtarıram" proqramında və sonra bəzi xəbər saytlarında Naftalan şəhərində Çiçək adlı bir nəfərin oğurlanaraq guya asıldığı, bu səbəbdən iki gün komada qaldığı, qızın ailəsinin isə naməlum şəxslər tərəfindən hədələndiyi barədə yayılan məlumatlar aşkar dezinformasiyadır.
Bu cür məlumatlar sonuncu şəxsin özünün və ailə üzvlərinin məlum bir cinayət işinin ətrafında ictimaiyyəti bilərəkdən aldatmaq məqsədilə yaratdıqları boş hay-küydən, ucuz şoudan başqa bir şey deyildir.
O.Mansurzadə əslində məsələnin mahiyyətinin fərqli olduğunu qeyd edib: "Asıldığı iddia edilən qızın da aid olduğu Seyidovlar ailəsinin bəzi üzvlərinin, xüsusən babası Mirdavud Seyidovun törətdiyi, sənədlərin saxtalaşdırılmaqla özgənin əmlakının mənimsənilməsi ilə müşayiət olunan bir cinayət işinin zorla xətm olunmasına, hazırda cərimə meydançasında saxlanılan, başqasının halal haqqı olan bir avtomobilin sonuncu şəxsə qaytarılmasına hesablanmış uğursuz bir "piar", istintaqın gedişatına əsassız, yolverilməz şəkildə qanunsuz bir müdaxilə cəhdidir.
Yayılan məlumatlarda qızın əmisi olduğu deyilən şəxsin intihar etməsinin də guya eyni şəxslər tərəfindən öyrədilməsi ilə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur. Əslində, Mirdavud Seyidovun oğlu Paşa həmyerlisi Niyaməddin Məmmədova və qeyrilərinə külli miqdarda borclu olub. Sahiblərin tələb etdiyi pulu qaytara bilməməsi səbəbindən P.Seyidi 2015-ci il tarixdə şəhərin istifadəsiz qalmış "Köhnə bazar" adlı tikilisində özünü asaraq intihar edib.
Məlumat üçün deyək ki, bu faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılmış, nəticəsi üzrə xitam qərarı verilmiş cinayət işinin sonrakı gedişatına şəxsi maraqlarından irəli gələn səbəbdən təzyiq göstərmək məqsədilə M.Seyidov bir neçə ailə üzvü ilə birlikdə 2016-cı ilin dekabr ayında, ikinci dəfə isə 04.05.2017-ci il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən təmas xəttindən düşmən tərəfə keçməyə cəhd göstərib, lakin hər ikisində bu cəhdlərin qarşısı hərbçilər və polis əməkdaşları tərəfindən alınıb.
Oğlunun ölümündə günahkar saydığı N.Məmmədova məxsus "Volksvagen" markalı avtomaşını şantaj və təhdid yolu ilə mənimsəyərək öz adına keçirən M.Seyidov törətdiyi qanunsuzluğa görə cavab verəcəyini bildiyi, lakin bütün vasitələrlə bundan yayınmağa çalışdığı üçün Gəncə ŞBPİ-nin İstintaq Şöbəsində başlanılmış cinayət işinə xitam verilməsi tələbilə müxtəlif instansiyalara əsassız şikayətlər göndərib. Lakin sonuncu dəfə istəyinə nail olmayan bu şəxs yenidən ailə üzvlərini, o cümlədən üç azyaşlı nəvəsini öz avantürasına cəlb edərək təmas xəttini qanunsuz olaraq keçməyə çalışıb.
O ki qaldı asıldığı, təzyiqə məruz qaldığı bildirilən Çiçək Seyidiyə, onunla bağlı yalnız bir fakta toxunmaq istərdik. Cari il fevralın 19-da Naftalanda istirahət edən qonaqların müraciəti əsasında şəhərin mərkəzində cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə qeyri-etik hərəkətlər etdiklərinə, ictimai qaydanı pozduqlarına görə bu qız bir tanışı ilə ŞPŞ-yə gətirilib. Burada hər iki şəxs barəsində İXM-nin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə edildikdən və profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.
Məhz bu olaydan iki gün sonra Ç.Seyidi DİN-nin "102"-Zəng Mərkəzi" Xidmətinə zəng edərək polis əməkdaşları barədə indi bəzi KİV-lərin tirajladığı şantaj xarakterli, biri-biri ilə məntiqi bağlılığı olmayan məlumatlar verib. Çiçəyin babası M.Seyidov, sonuncunun iki gəlini son bir ay ərzində təhdid olunmalarına dair "102" Xidmətinə müxtəlif xarakterli müraciətlər ediblər. M.Seyidovun, ailə üzvlərinin, o cümlədən asıldığı iddia olunan nəvəsinin də həyatlarının təhlükədə olması ilə əlaqədar DİN-də, Naftalan ŞPŞ-də və prokurorluq orqanlarında dəfələrlə araşdırmalar aparılıb, lakin göstərilən xüsusatlar heç bir halda öz təsdiqini tapmayıb".
O.Mansurzadənin sözlərinə görə, təəssüf doğuran digər vacib məqam da ondan ibarətdir ki, ucuz sensasiya və reytinq dalınca qaçan, bundan ötrü bütün vasitələrə əl atan bəzi proqramlar, xəbər saytları doğru-dürüstlüyü elə ilk andaca böyük şübhə doğuran belə məlumatlar ətrafında yersiz şou düzənləyir, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq heç bir dövlət orqanı ilə zəruri dəqiqləşdirmə, yoxlama aparmadan belə dezinformasiyaları yayımlayır, bununla da cəmiyyətdə narahatlıq, vətəndaşlarda çaşqınlıq yaradırlar ki, bu da qətiyyən yolverilməzdir.

Şərhlər
Xosqadamin verilisi ucuz soudan basqa bir sey deyildir.o,ne vax tdan cinayetlerin ustunu acan olub. Rehberlik onun bu cur seviyyesiz,biabirci verilisin aparilmasina goz yummaqla cox tamasaci kutlesi olan sevimli kanalimizin XEZER tv nin adina, imicina xelal getirir.Onun bu cur verilis aparmasi coxlarini pis menada qiciqlandirir Jurnalistin oz, POLIS orqanlarinin oz isi var.Yaxsi olar ki.DIN Xosqedema oz isini aparmaqini basa salsinlar.Ela basa dusuram ki,bu Xosqedqemin bela verilisli son kanali olacaqdir
Mende uzax yoldan ne umudle sevincle usagim anam ve men ac suz getdiy xosqedemin verlisine. Catix. Orda qebula. Yazma. Yerine. Girdiy iceride adamlar varidi komey isdeyen. Bizim. Kimi. Onlarla. Beraber. Bize. Orda isleyen oglan dedi. Cixin. Cole. Colde. Soyux. Esde. Qaldix. Men cox pis. Oldum. Sok. Oldum. Heta. Onlarin. Bu. Davranisina. Kor. Pesman qayitix evimize ozume nece gun gelmedim. Ki. Bu. Necur isdi. Basa. Dusmedim
Xowqedemin bu veriliwi olke adamlarini ve esaen de qadinlari televiziya narkamonanina cevirib insanlar o verliwin bir biyabirciliq ve Seviyyesiz bir wou olduqunu derk edirmi goresen Bele axmaq seviyyesiz veriliwleri teveden redd etmek lazimdir. Xowunu tv-de gorende qan tezyiqim 200-e qalxir. Butum bunlarin gunahi TV rehberliyindedir ki,TV xowuya qalib.Olkede TV mutexessisi yoxdurmu ki emelli bawli xalqa xeyir veren xalqi maariflendiren verliw hazirlasinlar ki, xowuyu tv-de gorub wekerimiz qalxmasin
Ümumiyyətlə televiziyalar tam nəzarətsiz buraxıldığından ekranlara ucuz şou-lar,. bir aparıcının saatlarla boş-boş zaman keçirməsi, səviyyəsiz "müğənnilərin" ekrana buraxılması,zəif süjetli televiziya filmləri əhalinin intelektual səviyyəsini aşağı salır.televiziyaları baxımsız edir.
Televiziya peyk vasitəsilə digər ölkələrdə baxıla bildiyini nəzərə almaq,səvuyyəli və maraqlı proqramlarla efirə buraxılmalıdır.Bu ölkənin sifəti olduğunu unutmaq olmaz!
"Şerlox Xolmos" Xoşqədəm birinci dəfə deyiıki "cinayət" işlərinin üstün "açır" və "itmişləri" tapır.Sonra isə çox gözəl tragekomediya quraraq ağlada-ağlada millətə sırıyır.
BASQASİNİN ƏMLAKİNİN ZORLA ƏLƏ KECİRİLMƏSİ AZƏRBAYCANDA ADİ HALA CEVRİLİB. BUNUN GUNAHİ İSƏ MƏHS OLKƏNİN BƏZİ HUQUQ MUHAFİZƏ ORQANLARİNİN UZƏRİNDƏDİR. ABŞERON RAYON SAKİNİ RASİM CAVADOVUN MULKİYYƏTİNDƏ OLAN HƏZİ ASIANOV KUCƏSİNDƏKİ TEXNİKİ TƏMİR MƏNTƏQƏSİ RAYON İHB ZAKİR FƏRƏCOVUN 2013-ĞU İL 03 NOYABR TARİXLİ QANUNSUZ SƏRƏNCAMİNDAN SONRA RAYON POLİS İDARƏSİNİN POLİS ƏMƏKDAŞLARİNİN GOZU QARŞİSİNDA DAXİDİLİB, TALANİRSA İNSAN OZUNƏ NİYƏ QƏSD ETMƏSİN?.....
Xoşqədəmin verilişlərini izləmirəm.Amma, etiraf edək ki,bu qadının axtarışları DİN-i narhat edir.Özü də ki çox.Necə deyərlər,pul alınaraq üstü örtülən cinayətlərin mürgüsünü pozmaqla Xoşqədəm, polis işçilərinin kürkünə birə salır.Polis orqanları narahat olmaqdansa illərlə üstünü örtdükləri cinayət faktlarını ortaya çıxarsalar,Xoşqədəmdən narazılıq
da sona yetər..
G.M duz yazir, by xowu var ha, ozu boydada xowudu,o qeder ozunden muwtebehdiki bawqa bir dovletin vetendawini hedeleyir ki, menede xowu deyerler,gelib seni otuzduracam yerinde (bir klassik wantajiska vardi,dunyasini deyiwib),kimlerinse aile meselelerinin " razborwikidi" by xowu,hansiki ...
Maraqlı olan məqam..odur ki,DİN -yi bu günə qədər bir dəfə də olsun xoşuya demir ki,sən kimsən ki,hüquq-mühavizə orqanlarının səlahiyyətlərinə aid olan işlərə burnunu soxursan.Ciddi məsələləri şouya çevirirsən.xoşuya qarşı CM -nin 178 -ci maddəsi hər verilişdə qüvvəyə minir.xoşunun elə birverilişi yoxdur ki,orada dələduzluq tərkibli hal yaranmasın.İnsanların efirdən aldadılması və külli miqdar Reklam ``gəlirləri``..hansı ki,bu işdə ona ``ekspert`` adlı insanlar da yardımçı olurlar.
Şəxsi sənəd və rəsmi ərizəsiz şikayətin qəbulu əks tərəfə sayğısızlıqdır. Cavabdeh tərəflərə müraciətsiz problemin efirə buraxılması cavabsız da ictimai teleşou effekti verir!? Xaricdə müalicə üçün də müraciət yalnız təsdiqlənmiş rəsmi tibbi tövsiyə əsasında bəyan edilməlidir. Ulu tanrı günahımızı bağışlasın. Bəzən elementar 1-2 saatlıq əməliyyat üçün on minlərlə manat, bəzən çətin xəstələrə-ailəsinə yardım əvəzinə də müalicə pulu istənilməsi hiss olunur. Teleşousuz da real özbaşınalıqlar az deyil.