Menu

Avropa Belarusa sanksiyaları uzatdı

24.02.2018, 21:48
Avropa Belarusa sanksiyaları uzatdı

 

Avropa Birliyi Belarusa qarşı sanksiyaların müddətini uzadıb.

Axar.az xəbər verir ki, sanksiyalar gələn ilin fevralın 28-dək uzadıb. Brüsselin ləğv etmədiyi sanksiyalar sırasına silah embarqosu və Minskin aktivlərinin dondurulması daxildir.

Qeyd edək ki, Avropa Birliyi 2004-cü ildə Belarusun aktivlərini dondurub. 7 ildən sonra isə Minskə silah embarqosu tətbiq edilib.

Sanksiyalar 2016-cı ilin fevralında qismən yumşaldılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol