Fevralın 24-də Sumqayıt şəhərində özünü hündürmərtəbəli binadan aşağı ataraq intihar edən kişinin şəxsiyyəti məlum olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu, 2000-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Poladzadə Mehti Firudin oğludur.
***
Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, təxminən 40-45 yaşlarında olan kişi özünü 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binadan ataraq intihar edib.
Onun şəxsiyyəti hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər