Menu

Goranboyda müalicə üçün yod içmiş 27 yaşlı qız zəhərlənib

24.02.2018, 22:18
Goranboyda müalicə üçün yod içmiş 27 yaşlı qız zəhərlənib

Goranboy rayonunun Tatar kəndində zəhərlənmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1990-cı il təvəllüdlü kənd sakini G.Bayramova xəstəliyini yaşlı qadınların məsləhəti ilə türkəçarə yolu ilə müalicə etmək üçün yod içib və nəticədə zəhərlənib.

O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol