Menu

Türkiyə ordusu daha 5 kəndi PYD-dən azad etdi - Afrin əməliyyatı

25.02.2018, 12:04
Türkiyə ordusu daha 5 kəndi PYD-dən azad etdi - Afrin əməliyyatı

Türkiyənin Suriyanın Afrin şəhərində "Zeytun budağı" adı altında həyata keçirdiyi anti-terror əməliyyatı zamanı məhv edilən yaraqlıların sayı 2018 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə ordusunun baş qərargahı məlumat yayıb.

PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına qarşı hava və quru əməliyyatlarının davam etdirildiyi bildirilir.

Həmçinin qeyd olunur ki, Afrinin şimal-qərbindəki Şeyx Məhəmmədəli, Dudu, Semalık, Velikli, Kavanda kəndləri terrorçulardan təmizlənib/Report.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol