PYD/PKK/YPG terror təşkilatının qırmızı bülletenlə axtarılan liderlərindən biri, PYD-nin keçmiş həmsədri Salih Müslim saxlanılıb.
"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Çexiyanın paytaxtı Praqada ələ keçirilib. Türkiyə Ədliyyə Nazirliyinin onun ekstradisiyası üçün müvafiq sənədləri Çexiya hökumətinə göndərəcəyi bildirilir. Onun Çexiya məhkəməsi tərəfindən mühakimə olunacağı bildirilir.
Bir müddət ABŞ tərəfindən Suriyanın şimalında qurulan süni PYD/PKK/YPG bölgəsinin rəhbəri olan Salih Müslimin əvəllər PKK-nın Şimali İraq bölgəsi üzrə nümayəndəsi olduğu bildirilir.
Qeyd edək ki, Türkiyənin barəsində 13 fevralda qırmızı bülleten çıxardığı S.Müslimin başına 4 milyon lirə mükafat qoyulmuşdu.


Şərhlər
S.Müslümün terrorçu olması,və ya dəstələr yaratması doğruydusa,o zaman Türkiyə prezidenti onunla Türkiyədə niyə görüşürdü.İkinci də ki,``terrorçu`` deyəndə bir düşünmək də gərəkdir.Kürd İşçi Partiyası məqsədi,məramı Dövlət yaratmaqdırsa bu terror adlandırılmamalıdır.Kürd millətini əldə alətə çevirən keçmiş SSRİ,bu günki Rusiya və ABŞ bir gün günahsız qanı tökülən Kürd millətinin zavalına gələcək.Kürdlərin Dövlət qurmaq istəyindən Türkiyəyə qarşı qəddarcasına istifadə olunur.Sadəcə kürdlər bunu anlamırlar.