218 gizli sənəd ABŞ kəşfiyyatına ötürülüb
Almaniya ilə ABŞ arasında növbəti dəfə casus qalmaqalı yaşanır. ANS PRESS-in məlumatına görə, Almaniya hökumətinin sözçüsü Steffen Seibert ABŞ rəhbərliyi ilə təhlükəsizlik sahəsində dərin anlaşılmazlıq yaşadıqlarını bildirib. Federal Mətbuat Mərkəzində jurnalistlərin suallarını cavablandıran Seibert casus qalmaqalının Almaniya ilə ABŞ arasında etibarın itməsinə səbəb ola biləcəyini deyib:
"ABŞ alman hökumətindən hər hansı məlumatları istəmək imkanına sahibdir".
Qeyd edək ki, Almaniya Federal Kriminal Dairəsi (BKA) və Federal Prokurorluq əməkdaşları bu gün Berlində bir nəfərin evində və ofisində axtarış aparıb. Keçən həftə isə Almaniyanın kəşfiyyat orqanı olan BND-də çalışan vəzifəli şəxs ABŞ üçün casusluq etdiyi səbəbindən həbs olunub. ABŞ-a pul qarşılığından casusluq etdiyini etiraf edən agent təxminən iki il onlara işlədiyini 218 gizli sənədi ABŞ kəşfiyyatına ötürdüyünü söyləmişdi.
Hadisələrin ardından ABŞ-ın Berlindəki səfiri Con Emerson, Almaniya xarici işlər nazirliyinə çağrılaraq ondan izahat tələb olunmuşdi.


Şərhlər