Menu

ABŞ səfiri Azərbaycanın Milli Qəhrəmanının məzarı başında - FOTO

25.02.2018, 23:46
ABŞ səfiri Azərbaycanın Milli Qəhrəmanının məzarı başında - FOTO

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

Səfirliyin Feysbuk səhifəsində ABŞ-ın səfirinin Milli Qəhrəman Əlif Hacıyevin məzarı başında fotosu yayımlanıb. Diplomat şəhidin məzarına gül dəstəsi qoyub.

Qeyd edək ki, Hacıyev Əlif Lətif oğlu 1953-cü ildə Xocalıda doğulub və 1992-ci ildə fevralın 25-də Qarabağ müharibəsində şəhid olub. O, Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəisi və Xocalı hava limanının komendantı olub/Teleqraf.com.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol