Menu

Yaponiyada güclü qasırğa - 5 ölü

10.07.2014, 09:06
Yaponiyada güclü qasırğa - 5 ölü

Yaponiyada “Neoquri” tufanının gətirdiyi yer sürüşməsi və daşqınlar nəticəsində 5 nəfər ölüb, 45 nəfər xəsarət alıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Naqiso şəhəri yaxınlığında dağ uçqunu yaşayış evini dağıdıb, 12 yaşlı uşaq ölüb.

Həmçinin Hönsü adasının şimal-şərqində daşqın zamanı iki nəfər yaşlı kişi, bundan əvvəl isə ölkənin digər bölgələrində iki balıqçı həyatını itirib.

Hava şəraitinə görə Yaponiyada 192 aviareys ləğv olunub, sürətli qatarların hərəkəti dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol