Menu

Bakı Dəniz Vağzalının ərazisində avtomatlı şəxs tutulub - FOTOLAR

26.02.2018, 13:02
Bakı Dəniz Vağzalının ərazisində avtomatlı şəxs tutulub - FOTOLAR

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəniz Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman “AKM” markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şərhlər

Hacı Nuh 2018-02-26 13:02:52

Arif adam, Allah Sənə şəfa-sağlam həyat versin. İnsafı-halal insanmış, qalan güllələri günahsız insanlara qiymamısan!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol