Menu

Şirvanda 40 yaşlı kişi itkin düşüb

26.02.2018, 20:53
Şirvanda 40 yaşlı kişi itkin düşüb

Şirvan şəhərində 40 yaşlı kişi itkin düşüb. 1978-ci il təvəllüdlü Rövşən Vladimir oğlu İbrahimov dörd gün bundan əvvəl işə getmək adı ilə evdən çıxıb bir daha geri qayıtmayıb.

Məlumata görə, R.İbrahimov Şirvan şəhər Əlillərin Bərpa Mərkəzində gözətçi işləyirmiş.

Artıq bununla bağlı Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət olunub. Polis tərəfindən onun axtarılıb tapılması istiqamətində tədbirlər həyata keçirilir. (Report)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol