Menu

Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu - FOTO

27.02.2018, 11:21
Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu - FOTO

Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş ali təhsil müəssisələrinin magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Emil Amrahov ölkə birincisi olub.

Belə ki o, ölkə üzrə imtahanda iştirakı nəzərdə tutulan 12387 bakalavr arasındaən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal toplayaraq birinci mərhələni uğurla başa vurub.

“İmtahan nəticələrinin elan olunduğu gün xoş bir təsadüf oldu.Ad günümdə bütün respublika üzrə ən yüksək bal topladığını bilmək mənə ikiqat sevinc gətirdi. Ən böyük hədiyyəni elə özüm özümə etdim” - deyə Emil Amrahov bildirib.

Qeyd edək ki, Emil Amrahov BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasının beşinci kurs tələbəsidir və o Ali Məktəbə 664 balla daxil olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol