Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, H. Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.
Proses martın 13-də davam edəcək.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Qeyd edək ki, iş üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində cinayət işi H. Vəliyevin cinayət işindən ayrılıb.

Şərhlər
Başa düşmədik, prokuror Habilin müdafiəsinə qalxıb? İnsanları təhqir edən, aşağılayan, söyüşlə yazan və danışana bu nə srokdur istəyir? Prezident İlham Əliuyevi Sankt-Peterburqda qaynının aparıcılıq etdiyi mitinqdə təhqir edənə ən ağır cəza vermək əvəzinə, oyun oynayır? Zakir Qaralov, prokurorunuza nəzarət edin, onun nə oyun oynadığı artıq bəllidir... Azpolitika rəhbərliyi bu videonun linkini verin, qoy prokurorun kimliyi bilinsin...
https://www.youtube.com/watch?v=gdAyoY2u1d8
BU QƏZETDƏ BİR SİRA DAVAMLİ MƏQALƏ VAR İDİ. GƏDƏBƏYDƏ VTEKİN BAŞ HƏKİMİ ƏMİRXAN ASLANV SARKİSYANİN QOHUMUDUMU?başliqli. bunu axrinda Səlim muslumov bu həkimi işdən qovdu. Bundan sonra anasi erməni olan baş həkim Səhiyə Nazirinin əmrinə əsasən Gədəbəy rayon poliklinikasnan baş həkimi təyin edildi. Biz Qarabağ həqiqtlərini, Xocali faciəsini yaşayiriq ermənidən doğulanlar caq-caq pul topalayib, ermənilərə dayaq olur. Bəlkə bundan danişin mətbuati soymək əvəzinə.yazirlar sinrada tutub basirlar. anunsuzluq.
Habil Veliyev reket idi.Qanunlara mehel qoymurdu......camaatın balasının çörəyini əlindən alıb......Görəsən Novxanıda 33 sot torpaq Masazırda 4 mərtəbəli villa niyə müsadirə olunmur?