Menu

TQDK-dan xəbərdarlıq!

10.07.2014, 10:43
TQDK-dan xəbərdarlıq!

Magistraturalara qəbul olan bakalavrların qeydiyyatı bu gün başa çatır

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyatı bu gün başa çatır.

TQDK-nın yaydığı məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlanmış və bu proses iyulun 10-da saat 17:00-da başa çatır.

Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol