Menu

Vəfasız və qəddar Tramp! - Oğlunu və arvadını yağış altında qoydu... (Video)

28.02.2018, 00:07
Vəfasız və qəddar Tramp! - Oğlunu və arvadını yağış altında qoydu... (Video)

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 1 №-li Prezident təyyarəsinin göyərtəsinə qalxarkən, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp oğlu Berrounu və arvadı Melaniyəni yağış altında qoyub.

«Mediaite»-nin verdiyi məlumatda deyilir ki, bu zaman Trampın əlində iri bir çətir olub.

«Tvitter»də dərc olunmuş videodan Trampın trap ilə necə qalxdığı aydın görünür - əlində çətir tutmuş Prezident addımlayır, onun ardınca çətirsiz və plaşsız oğlu Berroru gedir. Oğulun ardınca isə yağışdan heç nə ilə qorunmayan «birinci ledi» Melaniyə Tramp qalxır.

Sonra Donald Tramp kütləni salamlamaq üçün dayanır, bu vaxt Melaniyə və Berrou təyyarəyə qaçırlar.

Sosial şəbəkələrdə Trampın belə davranışını tənqid edərək, yazırlar ki, Prezident üçün özünün «saç düzümü» («priçoska») doğma oğlundan vacibdir...

Belədə mənğiqi sual yaranır: Tramp üçün sıravi ABŞ vətəndaşları hər-hansı əhəmiyyət kəsb edərmi?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol