Menu

Soma qəzasından qurtulan məşhur şaxtaçıya SOCAR-dan təklif

10.07.2014, 12:25
Soma qəzasından qurtulan məşhur şaxtaçıya SOCAR-dan təklif

Türkiyədə Soma kömür mədənində baş verən faciədən 58 gün keçir.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin günlərdə insanları göz yaşlarına qərq edən mədənçi Murat Yalçın yenidən medianın gündəminə gəlib.

Azərbaycanın enerji nəhəngi SOCAR keçmiş mədənçiyə iş təklif edib. Şirkətin Türkiyə təmsilçiliyinin rəhbəri Kənan Yavuz Murat Yalçına iş təklif etməsi barədə özünün Tvitter səhifəsində paylaşıb.

"Çəkmələri ambulansı kirlətməsin deyə, çırpınan şaxtaçı Murat Yalçına şirkətimizdə işləmək təklif etdim. Sağ olsun, qəbul etdi”.

Yavuz Kənan M.Yalçınla birlikdə çəkdirdikləri fotonu da paylaşıb.

Faciə günlərində mədəndən yaralı olaraq çıxarılan M.Yalçının təcili yardım maşınına mindirilərkən söylədikləri hamını ağlatmışdı. Mədənçi yaralı halda “Çəkmələrimi çıxarımmı? Ambulans çirklənməsin”, - deyə həkimlərə müraçiət edib.

M.Yalçın mədənə qayıdaçağı ilə bağlı suala cavabı ilə bütün insanları duyğulandırıb. O, ailəsini dolandırmaq üçün yenidən mədənə enmək məcburiyyətində olduğunu bəyan edib. Onun işləməklə bağlı açıqlaması iş adamlarının diqqətindən yayınmayıb.

Xatırladaq ki, Soma faciəsi 301 nəfərin həyatına son qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol