2017-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakıda işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,1 faiz artaraq 785,8 manat olub.
Trend-in məlumatına görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
Ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.


Şərhlər
Maliyye işçilerinin adını bu siyahıdan çıxart en aşağı maaş alan maliye işçileridir Maaş azlığından evlene bilmirem maleseffff
O gün olsun eşidək ki ,tibb işçilərin də əmək haqqı artirilib.Gözləyirik Cənab Prizidentin Sərəncamını.