Menu

Bakıda təlim zamanı təyyarə qəzaya uğrayıb: yaralılar var

10.07.2014, 12:33
Bakıda təlim zamanı təyyarə qəzaya uğrayıb: yaralılar var

Bakıda iki nəfərlik kiçik təyyarə qəzaya uğrayıb. Sabunçu rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, bu gün səhər saatlarında təyyarə Maştağa qəsəbəsi ərazisinə düşüb.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, hadisə Zabrat və Maştağa qəsəbələri arasındakı ərazidə baş verib. Belə ki, kursantların təlim-məşqi zamanı birmotorlu "Cessna" markalı ikinəfərlik təyyarə qəzaya uğrayıb.

Mənbədən daha sonra Trend-ə bildiriblər ki, təyyarə Maştağa Olimpiya Kompleksinin yanındakı əraziyə düşüb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol